UEFA prezidenti Superliqa dəstəkçilərini hədələdi: “Bu haqda danışmaqdan bezmişəm”

4 Mart 2022 22:00 Problem 704
UEFA prezidenti Superliqa dəstəkçilərini hədələdi: “Bu haqda danışmaqdan bezmişəm”

Avropa Superliqası ilə bağlı məsələ yenidən gündəmə gəlib.

Sportinfo.az xəbər verir ki, UEFA prezidenti Aleksander Çeferin də bu məsələyə münasibət bildirib.

O, Superliqa ideyasını dəstəkləyən klublara xəbərdarlıq edib: “Avropa Superliqası? Futbolla heç bir əlaqəsi olmayan bu layihə haqqında danışmaqdan bezmişəm.

Əvvəlcə onlar bu sərsəm ideyanı pandemiyanın ortasında ortaya atdılar, indi isə hərbi münaqişənin ortasında başqa bir şey planlaşdırdıqlarına dair məqalələr oxuyuram.

Onlar paralel dünyada yaşayırlar. Bu klublar öz turnirlərində oynaya bilər. Amma bunu etsələr, bizim turnirlərdə oynaya bilməyəcəklər”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var