Millimizin üzvü evsiz qaldı: “Hamınıza dərindən nifrət edirəm” - FOTO

4 Mart 2022 13:20 Problem 2 220
Millimizin üzvü evsiz qaldı: “Hamınıza dərindən nifrət edirəm” - FOTO

Cüdo üzrə Azərbaycan milli komandasının üzvü İrina Kindzerska Rusiyanın Ukraynaya hücumu nəticəsində evsiz qalıb.

Sportinfo.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında məlumat paylaşıb:

“Bütün ruslara mənim çəkdiyimi arzulayıram. Bu gün biz evsiz qaldıq. Amma Allaha şükür sağıq. Hamınıza dərindən nifrət edirəm”.

Kindzerskanın Ukraynanın İrpen şəhərindəki mənzili silahlı hücuma məruz qalıb. Azərbaycan milli komandasının qadın cüdoçusu və ailəsi hazırda təhlükəsiz yerdədir.

Kindzerska Tokio-2020 Yay Olimpiya Oyunlarında 78 kq-dan yuxarı çəki dərəcəsində bürünc medal qazanıb.

Millimizin üzvü Ukraynada evsiz qaldı

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti