Azərbaycan millisinin müdafiəçisi maaşını ala bilmir

3 Mart 2022 16:20 Problem 1 234
Azərbaycan millisinin müdafiəçisi maaşını ala bilmir

"Visla"nın Azərbaycan millisinin futbolçusu Anton Krivotsyuka borcu var.

Sportinfo.az yerli "Weszlo" nəşrinə istinadən xəbər verir ki, Plotsk təmsilçisi maliyyə problemi üzündən bir neçə oyunçunun maaşını ödəyə bilmir.

Klub yaydığı bəyanatda 24 yaşlı müdafiəçi ilə yanaşı, bir neçə futbolçunun maaşlarında gecikmələrin olduğunu təsdiqləyib.

"Visla" oyunçulara yalnız son ayın ödənişlərinin verilmədiyini bildirib. Buna baxmayaraq, matçlar üçün bonusların vaxtlı-vaxtında ödənildiyi diqqətə çatdırılıb.

Bundan əlavə, nəşr Jorjinyo, Kristian Vallo və Krivotsyukun transferinin klubu maddi cəhətdən çətin duruma saldığını iddia edib.

Lakin "Visla" bununla razılaşmayıb və Jorjinyonu icarəyə götürdüklərini, məvacibini isə müqavilə ilə məxsus olduğu Bolqarıstan "Ludoqorets"inin ödədiyini bildirib.

Plotsk təmsilçisi Krivotsyukun azad agent kimi transfer olunduğunu, Vallonun isə ucuz qiymətə alındığını diqqətə çatdırıb.

Anton Krivotsyuk Plotsk "Visla"sına ötən yay "Neftçi"dən keçib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var