“Hörmətli dostlar, sizdən xahiş edirəm ki…“ - Şevadan italyanlara müraciət 

3 Mart 2022 12:00 Problem 1 093
“Hörmətli dostlar, sizdən xahiş edirəm ki…“ - Şevadan italyanlara müraciət 

İtaliya kubokunun yarımfinal mərhələsində keçirilən “Milan” - “İnter” matçından əvvəl müharibə əleyhinə aksiya keçirilib.

Sportinfo.az xəbər verir ki, futbolçular məşq edərkən meydana xüsusi köynəklərdə çıxıblar.

“San Siro” stadionunda “Milan”ın əfsanəsi Andrey Şevçenkonun Ukraynadakı vəziyyətlə bağlı videomüraciəti də yayımlanıb:

“Hörmətli italyan dostlar, sizdən xahiş edirəm ki, “San-Siroda” sülhü dəstəkləyəsiz. Ukrayna xalqı sülh istəyir, çünki sülhün sərhədləri yoxdur. Bizi birləşdirən şey bizi ayırandan daha güclü olmalıdır”.

Fevralın 24-də Rusiyanın işğalçı ordusu Ukraynaya hücum edib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var