Millimizin sabiq üzvü “partladı”: “Bir nəfər soruşmur ki...”

2 Mart 2022 19:40 Problem 1 394
Millimizin sabiq üzvü “partladı”: “Bir nəfər soruşmur ki...”

Azərbaycan millisinin Ukrayna əsilli sabiq futbolçusu Aleksandr Çertoqanov ölkəsinin Rusiya ilə apardığı müharibəyə münasibət bildirib.

Sabiq yarımmüdafiəçi “instagram” hesabında paylaşım edərək, rusiyalı tanışlarını qınayıb:

“Oturub fikirləşirəm, Rusiyada o qədər tanış var, bir nəfər soruşmur ki, Ukraynada başınıza nələr gəlir? Məgər hamınız nədənsə qorxursunuz, yoxsa sizi alçaldan var? Bəlkə həyatınızdan və gördüklərinizdən məmnunsunuz?

İnciməyin, amma mənə bir şey çatmır. Rusiyada polkovnik dediyiniz, ya başqa adla çağırdığınız iylənmiş deməyə söz tapmır və özünü məktəbli kimi alçaldırsa, onda yaşamaq nəyə lazımdır?”

Aleksandr Çertoqanov 2004-2016-cı illər aralığında ölkəmizdə top qovmaqla “Bakı”, “Neftçi”, “Simurq”, “İnter”, “Qəbələ”, “Sumqayıt” kimi komandaların şərəfini qoruyub. O, Azərbaycan millisində 52 oyunda meydana çıxıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var