Azərbaycanlı futbolçu Avropada virusa yoluxdu, problemlə üzləşdi

2 Mart 2022 14:40 Problem 1 118
Azərbaycanlı futbolçu Avropada virusa yoluxdu, problemlə üzləşdi

Turan Manafov “Olimpiakos Volos”un sabahkı martın 2-dəki görüşündə iştirak edə bilməyəcək.

Buna səbəb azərbaycanlı futbolçunun koronavirusa yoluxmasıdır.

Belə ki, oyundan əvvəl komanda üzvlərindən götürülən testdə Turanın cavabı müsbət çıxıb. Həmyerlimiz müalicəsini 2 gündür karantin şəraitində davam etdirir.

“Olimpiakos Volos” Yunanıstanın ikinci Super Liqası çərçivəsində martın 2-də PAOK-un əvəzedici komandasını, ayın 6-da isə “Anagenkisi Karditsas”ı qəbul edəcək.

Solaxay müdafiəçinin martın 6-dakı qarşılaşmada iştirak edəcəyi gözlənilir. Təbii ki, testin cavabı mənfi olarsa.

Müqavilə ilə “Səbail”ə məxsus olan Turan Manafov “Olimpiakos Volos”la iyuna qədər icarə müqaviləsi bağlayıb. O, bu komandada 4 oyunda 337 dıəqiqə meydanda olub.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var