Komitə sədrindən AFFA rəhbərliyinə elə şikayətlər etdilər ki…

2 Mart 2022 13:00 Problem 1 636
Komitə sədrindən AFFA rəhbərliyinə elə şikayətlər etdilər ki…

Premyer Liqa və I Diviziona təyinat alan hakimlərin bir qrupu AFFA rəhbərliyinə şikayət edib.

Onlar Hakimlər və Hakim-İnspektorlar Komitəsinin sədri Fritz Stuxlikdən narazı qaldıqlarını bildiriblər.

«Ədalət təmsilçiləri» avstriyalı funksionerin həm işi, həm də bəzi futbolkənar davranışı ilə bağlı giley-güzarlarını diqqətə çatdırıblar.

Şikayətçilərin iddiasına görə, Stuxlik hakimlər arasında ayrı-seçkiliyə yol verir və bu zaman peşəkar prinsiplərə söykənmir, başqa amilləri nəzərə alır (burada söhbətin konkret nədən getməsi bizə bəllidir, sadəcə, müəyyən nüanslara görə detalları açıqlamaq istəmirik).

«Fit sahibləri» söyləyib ki, komitə sədri onlarla ünsiyyətdə heç nəyi nəzərə almır, sərt dillə danışır, bir çox hallarda isə aşağılayıcı tona keçir.

Narazı çevrənin aldığı cavab nə olub? Onlara deyilib ki, giley-güzarları araşdırılacaq, bir müddət gözləsinlər.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var