“FİFA və UEFA-nın qərarlarını diqqətlə təhlil etmək lazımdır”

2 Mart 2022 00:10 Problem 1 035
“FİFA və UEFA-nın qərarlarını diqqətlə təhlil etmək lazımdır”

Rusiyanın idman naziri Oleq Matıtsin FİFA və UEFA-nın bu ölkənin futbol komandalarının beynəlxalq turnirlərdə, o cümlədən dünya çempionatında iştirakına icazə verməmək haqda qərarına münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, nazir açıqlamasında bunları deyib:

“FİFA və UEFA-nın qərarlarını diqqətlə təhlil etmək lazımdır. Bütün bu qərarların əsaslarını, hüquqi yönlərini qiymətləndirmək vacibdir.

Bundan sonra biz idmançılarımızın, futbolçularımızın hüquqlarını bərpa etmək üçün əlimizdən gələni edəcəyik”.

Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var