FİFA-nın qərarını biabırçılıq adlandırdı - Rusiya ilə bağlı

28 Fevral 2022 12:00 Problem 1 323
FİFA-nın qərarını biabırçılıq adlandırdı - Rusiya ilə bağlı

Polşa Futbol İttifaqının rəhbəri Tsezari Kuleşa FİFA-nın Rusiya millisi ilə bağlı qərarına münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, federasiya rəhbəri FİFA-nı kəskin tənqid edib:

“FİFA-nın biabırçı qərarına görə Polşa Futbol Federasiyası Avropadakı bütün federasiyalara məktub göndərib. Mövqeyimizi təqdim etdik və onlardan xahiş etdik ki, bizi dəstəkləsinlər. Axı biz yalnız birlikdə güclü olacağıq”.

Kuleşa FİFA-nın açıqlamalarına baxmayaraq, Polşanın Rusiya ilə oynamaqdan imtina etdiyini bildirmişdi.

Fevralın 27-də FİFA Rusiya komandasına himn və bayraqlardan istifadə etməyi qadağan edib.

Artıq Rusiya Futbol İttifaqı adlanacaq komandanın ev oyunları neytral meydanlarda keçiriləcək. Həmçinin, milli komandanın görüşlərinə rusiyalı azarkeşlər də buraxılmayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var