Azərbaycan hakimləri qırılıb ki..?

27 Fevral 2022 17:20 Problem 1 060
Azərbaycan hakimləri qırılıb ki..?

Nə zamandır hər oyundan sonra «Neftçi»nin baş məşqçisi Samir Abasov hakimlərdən şikayət edirdi, amma bu dəfə tərsinə olub.

Kubok oyununda «Neftçi»yə 1:3 hesabı ilə uduzan «Sabah»ın baş məşqçisi Murad Musayev hakimlərdən şikayət edib. Və hətta AFFA-ya bununla bağlı müraciət edib.

Bütün oyunlarda hakim səhvi olur. Özü də bu daha çox Hakimlər Komitəsinin sədri, gərək ki, familiyası Stuçlik olsun, o gələndən sonra olub.

Yəni Azərbaycan hakimləri qırılıb ki, komitə sədrini xaricdən gətiririk?! Bu başqa bir yazının mövzusudur.

Bəli, həmin oyunda da hakim səhvləri vardı, amma bu səhvlər «Neftçi»nin qələbəsinə kölgə sala bilməz.

Murad Musayevi bir az çox təriflədik, elə bildi ki, Qurban Qurbanovdu. Muradın Qurban Qurbanov olmağına hələ çox var.

ƏDALƏT

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var