“Onlar da məni yanına çəkib, birlikdə işləmək istəmir“

27 Fevral 2022 20:00 Problem 905
“Onlar da məni yanına çəkib, birlikdə işləmək istəmir“

“Bu boyda ölkədə məni yaxından tanıyan, məşqçi və insani keyfiyyətlərinə yaxşı bələd olan insanlar var.

Adama təsir edən odur ki, onlar da yanına çəkib birlikdə işləmək istəmir“.

Bu sözləri Sportinfo.az-a açıqlamasında məşqçi Rüfət Quliyev deyib.

“Ağsu“nun sabiq çalışdırıcısını ən çox narahat edən məqam Azərbaycan futbolunda onu yaxından tanıyan və hazırda klublarda iş başında olan şəxslərin diqqətdən kənarda qoymasıdır.

Sitat: “A lisenziyasına sahibəm, 15 il məşqçi kimi çalışmışam, ən böyük istəyim futbolumuzun inkişafına töhfə verməkdir.

Sevib-seçdiyim, illərimi verdiyim, bacardığım işdir də. Bundan sonra futboldan başqa hansısa sahədə işləmək istəmirəm, işləyə bilmərəm.

Biz futbolla böyümüşük, millilərdə oynamışıq, Asiya Çempionlar Liqasında və Asiya Kuboklar Kubokunda iki dəfə yarımfinal həyəcanı yaşamışam. İndi futboldan kənarda qalmışam”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var