Polşa Rusiya ilə oyundan imtina etdi!: “Bu, yeganə düzgün qərardır"

26 Fevral 2022 18:40 Problem 1 048
Polşa Rusiya ilə oyundan imtina etdi!: “Bu, yeganə düzgün qərardır

Polşa millisi Rusiyaya qarşı keçirməli olduğu dünya çempionatının pley-off oyunundan imtina edib.

Sportinfo.az xəbər verir ki, bu barədə Polşa Futbol İttifaqının prezidenti Çezare Kuleşa özünün “tvitter” səhifəsində yazıb.

Kuleşa bildirib ki, Rusiyanın Ukraynaya hücumuna görə bu ölkənin yığması ilə oynamaq niyyətində deyillər:

“Bu, yeganə düzgün qərardır. FİFA-ya ortaq mövqe irəli sürmək üçün danışıqlar aparırıq”.

Pley-off mərhələsində Rusiya və Polşa arasındakı yarımfinal oyunu martın 24-nə planlaşdırılıb.

Cütün qalibi İsveç – Çexiya matçının ən güclüsü ilə martın 29-dakı finalda qarşılaşacaq və nəticədə, DÇ-2022-yə vəsiqənin sahibi müəyyənləşəcək.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var