Azərbaycan yığmasının üzvü: "Ukrayna bu müharibədə tək qalıb"

26 Fevral 2022 13:20 Problem 795
Azərbaycan yığmasının üzvü: "Ukrayna bu müharibədə tək qalıb"

"Rusiya hücumlarına və Ukraynanı bombalamağa davam edir".

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycanın qadın karateçisi İrina Zaretska şəxsi instaqram səhifəsində yazıb.

Əslən Ukraynadan olan 26 yaşlı idmançı ölkəsinə olan hərbi müdaxilənin xilasetmə əməliyyatı olmadığını bildirib:

"Bu, müharibədir. Sadəcə, silahlarını götürüb vətənimizə gəliblər. Ukrayna bu müharibədə tək qalıb. Amma bilirəm ki, biz güclüyük".

Tokio-2020 Yay Olimpiya Oyunlarının 61 kq-dan yuxarı çəki dərəcəsində gümüş mükafatçısı olan İrina Zaretska həm də 68 kq çəkidə 2 qat dünya və Avropa çempionudur.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var