3 ölkənin millisi Moskvaya getməkdən imtina edir

25 Fevral 2022 18:20 Problem 876
3 ölkənin millisi Moskvaya getməkdən imtina edir

Polşa, İsveç və Çexiya yığmaları 2022-ci ildə keçiriləcək dünya çempionatının pley-off oyunu üçün Rusiyaya getmək niyyətində deyillər.

Sportinfo.az xəbər verir ki, İsveç Futbol İttifaqının prezidenti Karl-Erik Nilsson pley-off oyunlarının Rusiyada keçirilməsini ağlasığmaz adlandırıb.

Rusiya martın 24-də Moskvada Polşa yığması ilə yarımfinalda oynamalıdır. Finala yüksələrsə, İsveç-Çexiya matçının qalibi Rusiyanın rəqibi olacaq. 3 ölkənin yaydığı bəyanatda deyilir:

“Bu razılaşmanın bütün tərəfləri Rusiyaya səfər etməyi düşünmür. Hazırda şahidi olduğumuz hərbi eskalasiyanın ciddi nəticələri var ki, bu da milli komandalarımız və nümayəndə heyətlərimiz üçün təhlükəsizlik səviyyəsini xeyli aşağı salır.

Bununla əlaqədar olaraq, FİFA və UEFA-dan dərhal cavab və pley-off oyunları üçün alternativ variantların təqdim olunmasını gözləyirik”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var