Azərbaycanlı futbolçunun 900 min avoluq məhkəməsi – FİFA bu tarixdə qərar verəcək

25 Fevral 2022 15:00 Problem 1 058
Azərbaycanlı futbolçunun 900 min avoluq məhkəməsi – FİFA bu tarixdə qərar verəcək

FİFA Bəhlul Mustafazadənin şikayəti üzrə araşdırmanı yekunlaşdırıb.

Beynəlxalq futbol qurumu yekun qərarını martın 17-də açıqlayacaq.

Ötən ilin yayında “Sabah”ın formasını geyinən Birləşmiş Ərəb Əmirlikləri təmsilçisi “Əl-Əyn”ə transferi gündəmə gəlmişdi.

Həmin vaxt “tələbələr” də müəyyən təzminat qarşılığında müdafiəçisi ilə vilaşmağa hazır olduğunu bildirmiş və Bəhlulla yolları ayırmışdı.

Ancaq sonradan, daha doğrusu, tərəflər arasında 3 illik müqavilə bağlanmasına rəğmən, BƏƏ təmsilçisi anlaşmanı birtərəfli qaydada pozmuşdu ki, məhz bu səbəbdən Mustafazadə “Əl-Əyn”dən FİFA-ya şikayət ünvanlamışdı.

Hazırda “Qarabağ”ın formasını geyinən arxa xətt oyunçusu BƏƏ klubundan 900 min avro təzminat tələb edir. Çünki “Əl-Əyn” rəsmi sənədlərə əsasən 3 il müddətində Bəhlula məhz bu qədər maaş ödəməyi üzərinə götürüb.

Mustafazadə hüquqlarının qorunmasını rusiyalı vəkillərə tapşırıb. Onlar lazım olan faktları FİFA-ya göndərib. Qurum qarşı tərəfdən də bir neçə sənəd istəyib.

Hüquqşünaslar millimizin üzvünü əmin edib ki, FİFA bu məsələdə onun lehinə qərar verəcək.

Araşdırmaların 6 aydır davam eləməsi “Əl-Əyn”in problemə etinasız yanaşması ilə əlaqədardır ki, böyük ehtimalla, qurum buna görə də ərəbləri sərt cəzalandıracaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var