Nazirdən çağırış – ÇL-in finalını boykot edin

24 Fevral 2022 10:00 Problem 1 465
Nazirdən çağırış – ÇL-in finalını boykot edin

Britaniyanın xarici işlər naziri Liz Trass ingilis klublarına çağırış edib.

Sportinfo.az xəbər verir ki, nazir Sankt-Peterburqda keçiriləcək Çempionlar Liqasının finalını boykot etməyə çağırıb:

“İngilis klubları Rusiyadakı finalı boykot etməlidir? Bəli. Mən onların yerində olsaydım, boykot edərdim.

Şəxsən mən Putin rejiminin etdiklərini nəzərə alsaq, Sankt-Peterburqda futbol matçında iştirak etmək istəməzdim”.

Bundan əvvəl Britaniyanın iki nəşri – “Mirror” və “Daily Star” - Sankt-Peterburqun Çempionlar Liqasının finalına ev sahibliyi hüququnu itirə biləcəyi barədə məlumat yayıb.

London meri Sadiq Xan isə şəhərin Çempionlar Liqasının finalına ev sahibliyi etməyə hazır olduğunu açıqlayıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var