Bu komandada 15 nəfərin testi müsbət çıxdı - Kütləvi yoluxma

24 Fevral 2022 00:00 Problem 865
Bu komandada 15 nəfərin testi müsbət çıxdı - Kütləvi yoluxma

"Zaltsburq"da koronavirusa kütləvi yoluxma halları aşkarlanıb.

Sportinfo.az xəbər verir ki, komandada 15 nəfərin testi müsbət çıxıb. Onların arasında futbolçularla yanaşı, klubun əməkdaşları da var.

İnfeksiyaya yoluxmuş şəxslərin hamısı karantinə alınıb. Onların bəzilərinin xəstəliyi simptomsuz keçirdiyi bildiirlib.

Kütləvi yoluxma səbəbindən Zaltsburq şəhərinin eyniadlı təmsilçisinin 2 məşqi ləğv olunub. Yaxın günlərdə komanda üzvlərindən növbəti dəfə analiz götürüləcək.

Həmçinin klubda təhlükəsizlik tədbirləri gücləndiriləcək: tamaşaçılar artıq məşqlərə buraxılmayacaq, bütün kütləvi tədbirlər ləğv ediləcək və ya təxirə salınacaq.

"Zaltsburq" növbəti oyununu Avstriya çempionatında LASK-a qarşı keçirəcək. Görüş fevralın 27-də baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var