“Oradakı təxribata zərrə qədər də önəm vermədim".
Sportinfo.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
O, “Qarabağ”a qarşı edilən erməni təxribatından danışıb: “Torpaqlarımız bizdə olmayanda rəqiblərdən ehtiyatlanırdıq, uduzmaq istəmirdik.
Başda mən olmaqla çox narahat olurduq. Qarabağ köçkünləri illər idi əziyyət çəkirdilər, doğma torpaq arzusunda idilər.
Bizə baxıb fərəhlənirdilər. Dəfələrlə də təxribatlar olmuşdu. Bu gün heç bir təxribat mənim üçün ciddi əhəmiyyət kəsb etmir.
Çünki Azərbaycan xalqı, komandası olaraq başıdik getmişik. Torpaqlarımız geri qayıdıb. Dünya futbolunda da belə hallar olub.
Bu təxribat deyil, çox kiçik şeydir. Şükürlər olsun, bayrağımız öz torpaqlarımızda ucalıb. Bununla bizə heç nə göstərə, deyə bilməzlər.
Bunu qəbul etmirəm. Sabah bayraqlarımızın sayı da çox olacaq. Onda hamımız başa düşəcəyik ki, belə şeylərə təxribat demək olmaz.
Düşünmürəm ki, futbolçularımıza da təsir edib".
Sabah Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq. Marseldəki ilk görüşdə meydan sahibləri 3:1 hesablı qələbə qazanıb.

