"Əvvəl bizə öyrədirdilər ki…"

23 Fevral 2022 15:00 Problem 855
"Əvvəl bizə öyrədirdilər ki…"

«Hakimlər Komitəsi gənclərə düzgün yanaşmır».

Bu sözləri «Sportinfo TV»yə açıqlamasında sabiq FİFA referisi Rəhim Həsənov deyib.

Fritz Stuxlikin sədri olduğu AFFA Hakimlər və Hakim-İnspektorlar Komitəsinin fəaliyyətini tənqid edən beynəlxalq dərəcəli hakim federasiyanın bayrağı altında keçirilən aşağı yaş qrupları üzrə çempionatlarda idarəçiliyin bərbad vəziyyətdə olduğunu bildirib:

«Oyunların protokollarına baxsaz, nə qədər sarı və qırmızı vərəqə alanların olduğunu görəcəksiz. Sayı-hesabı yoxdur.

Verilən cəzaları araşdırın, elə oyun olmur ki, dava-dalaş düşməsin.

Əvvəl bizə öyrədirdilər ki, hakim həm idarəçi, həm də pedoqoq olmalıdır. Sən yalnız qaydaları öyrənməklə şablon hakimlik etməməlisən.

İndiki hakimlərə deyirlər ki, qaydalarda nə yazılıbsa, onunla qərar verməlisən, futbolçuların yaşını, çemipionatın səviyyəsini nəzərə almamalısan».

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var