Koronadan və peyvənddən şübhələnir - Ürəyindəki problemə görə

22 Fevral 2022 18:40 Problem 838
Koronadan və peyvənddən şübhələnir - Ürəyindəki problemə görə

Argentina millisinin sabiq hücumçusu Serxio Aquero ürəyində yaranan problemə görə karyerasını bitirməsindən danışıb.

Sportinfo.az xəbər verir ki, Aquero bu problemin nədən yarandığını hələ də bilmədiyini deyib.

O, koronovirusdan və ya peyvənddən də şübhələnir:

“Yüksək səviyyədə oynamaq üçün daha iki ilimin olduğunu düşünürdüm. “Barselona”dan təklif alanda bu seçimlə bağlı heç bir şübhəm yox idi.

Mən Leo ilə necə oynayacağımı, dünya çempionatına necə gedəcəyimi təsəvvür edirdim. Ürəyimdə baş verənlər çox qəribə və gözlənilməz oldu.

Bunun nədən qaynaqlandığını bilmirlər və mən həqiqəti öyrənmək üçün araşdırmaları davam etdirəcəyəm. Amma buna COVID-19 və ya peyvəndin səbəb olub-olmadığı əbədi olaraq bilinməyəcək.

Bu gün oynamaq istəyirəm, amma qorxuram. Mən bütün ömrüm boyu maksimum və yüksək rəqabətdə məşq etmişəm.

Futbola, xəbərlərə baxmıram, nə baş verdiyi məni maraqlandırmır. Ən çox zövq aldığım şeylərə diqqət yetirirəm: dostlar, söhbətlər və görüşlər. Mənə dedilər ki, bəxtim gətirib, çünki infarkt da keçirə bilərdim”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var