"Hansısa klubun haqqını yeyib, VAR-I bura gətizdirmək olmaz"

22 Fevral 2022 14:00 Problem 932
"Hansısa klubun haqqını yeyib, VAR-I bura gətizdirmək olmaz"

“Azərbaycan futbolunda VAR-a ehtiyac var, amma bu, hansısa komandanın haqsızlığa məruz qalmasından sonra tətbiq olunmamalıdır”.

Bu sözləri “Sportinfo TV”yə açıqlamasında beynəlxalq dərəcəli hakim Rəhim Həsənov deyib.

Ötən mövsüm karyerasını başa vuran FİFA referisi yeni sistemin “fit sahibləri”nə yardımçı olacağını bildirib:

“AFFA Hakimlər Komitəsinin sədri iclasların birində dedi ki, səhvlərə yol verin, qoy, VAR bura tez gəlsin.

Əlbəttə, bu, düzgün yanaşma deyil. Hansısa klubun haqqını yeyib, VAR-I bura gətizdirmək olmaz.

Əlbəttə, mən də istəyərəm ki, bu, qısa bir zamanda baş versin. Qoy, bizim hakimlər də beynəlxaq oyunlara tez-tez təyinat olsun.

Orada işləmk üçün təcrübə olmalıdır. Indi bizimkilərin VAR təcrübəsi yoxdur. VAR olsa da, olmasa da, əsas meydandakı hakimdir.

VAR meydandakı hadisələrə təsir edən dördüncü komandadır. Ondan qabaq iki rəqibin futbolçuları və meydandanın içindəki hakimlər gəlir. VAR hakimin imicinə kömək edəcək”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var