Mahirdən sonra kimi döyəcəklər? - "Legiya" fanatlarından XƏBƏRDARLIQ

21 Fevral 2022 16:20 Problem 3 658
Mahirdən sonra kimi döyəcəklər? - "Legiya" fanatlarından XƏBƏRDARLIQ

"Legiya"nın futbolçuları növbəti dəfə azarkeşlərin hücumuna məruz qala bilər.

Sportinfo.az-ın "Polsatsport" nəşrinə istinadən məlumatına görə, Varşava təmsilçisinin fanatları bununla bağlı komandaya xəbərdarlıq ediblər.

Tərəfdarlar son ölkə çempionunun "Termalika" ilə qolsuz heç-heçə etdikləri XXII turun səfər oyunundan sonra kluba 2021-ci ilin dekabrındakı hücumun təkrarlana biləcəyini ritorik olaraq çatdırıblar.

Komanda həmin hücumdan sonra 2 heç-heçə, 2 məğlubiyyət və 1 heç-heçə əldə edib. "Legiya"nın növbəti xal itkisi azarkeşlərin qəzəbinə səbəb olub.

2021-ci il dekabrın 12-də "Legiya" Plotsk "Visla"sı ilə Ekstraklasanın XVIII tur oyunundan qayıtdığı vaxt azarkeşlər komandanın avtobusuna soxulublar.

Onlar Mahir Emreli və Lukinyası döyüblər. Nəticədə Emreli klubdan ayrılmağı qərara alıb və Xorvatiyanın "Dinamo" (Zaqreb) klubuna, Lukinyas isə ABŞ-ın "Nyu-York Red Bulls" klubuna keçib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var