Polşada Anton Krivotsyuk MÜƏMMASI - Niyə belə oldu?

20 Fevral 2022 22:20 Problem 1 614
Polşada Anton Krivotsyuk MÜƏMMASI - Niyə belə oldu?

Ölkə xaricində çıxış edən az sayda futbolçumuz var. Ki, onların da çıxışını hər addımda izləyirik.

Uğurlarına sevindiyimiz kimi, uğursuzluqlarına da narahat oluruq. Elə Anton Krivotsyuk kimi.

Onun Polşada işləri heç də yaxşı getmir.

Belə ki, "Visla"da (Plotsk) çıxış edən həmyerlimiz son qarşılaşmalarda bir qayda olaraq ehtiyatda qalır.

23 yaşlı müdafiəçi son 5 matçda cəmi 45 dəqiqə oynamaq şansı qazanıb. O, sonuncu dəfə 3 tur əvvəl "Lechia" ilə oyunun 46-cı dəqiqəsində meydana çıxıb. Bu da "Qarabağ"dan yaxşı tanıdığımız Yakub Rzezniçakın zədələnməsi səbəbindən reallaşıb.

Halbuki sabiq "Neftçi"li Plotsk təmsilçisinə getdiyi ilk gündən əsas heyət üzvünə çevrilmişdi. Hətta 2 qol bir asistlə yadda qalmağı da bacarmışdı. Bir sözlə, baş məşqçi Maciej Bartoszekin sevimli oyunçularından sayılırdı.

Amma indi polşalı mütəxəssis millimizin də üzvü olan oyunçuya güvənmir. Təcrübəli oyunçunun nə zədəsi var, nə də cəzası. Fərqli sistemlərdə oynadığını da göstərə bilib və dəfələrlə oynayıb. Yəni universallığı da öz yerindədir. Digər tərəfdən mövqeyi hücum fazasında da deyil ki, belə durğunluğu müəyyən qədər başa düşəsən.

Narahatlığımız isə ən azı 5 gün davam edəcək. Ki, məhz 25 fevral "Visla" səfərdə "Rakov"la qarşılaşcaq. Görəsən, ilk dövrə 90 dəqiqə meydanda olduğu rəqibə qarşı oyunda müdafiəçimizə bu dəfə etimad göstəriləcəkmi? Yox, bu dəfə də oyunçumuz kənarda qalsa, onun ətrafında müəmma da davam etmiş olacaq. Bizə isə hələlik yaxşıya ümid etmək qalır.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var