AFFA “Qarabağ”ın məruz qaldığı erməni təxribatı ilə bağlı UEFA-ya müraciət etdi

20 Fevral 2022 00:50 Problem 1 025
AFFA “Qarabağ”ın məruz qaldığı erməni təxribatı ilə bağlı UEFA-ya müraciət etdi

Konfrans Liqasının pley-off mərhələsinin “Marsel” - “Qarabağ” oyununda baş verən erməni təxribatı ilə bağlı AFFA UEFA-ya müraciət edib.

Sportinfo.az xəbər verir ki, bu barədə apasport.az-a assosiasiyanın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla məlumat verib.

Qurum rəsmisi Fransadakı qarşılaşma zamanı tribunada təxribat xarakterli bannerin və Qarabağdakı separatçıların əski parçasının açılması ilə dərhal qitə futbol qurumunun məlumatlandırıldığını söyləyib:

“Dünən oyunun gedişində AFFA rəhbərliyi UEFA nümayəndələri ilə əlaqə saxlayıb. Stüardlar dərhal müdaxilə edərək, bayraqları və plakatı yığışdırıblar. Həmçinin “Qarabağ” klubu da yerincədə şifahi məlumat verib”.

“Velodrom” stadionunda keçirilən oyun “Marsel”in 3:1 hesablı qələbəsi ilə başa çatıb. Bu komandalar arasındakı cavab matçı fevralın 24-də Bakıda olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var