"Mançester Sitii”nin Çili klubundan tələbi – Emblemini dəyiş

18 Fevral 2022 15:40 Problem 1 390
"Mançester Sitii”nin Çili klubundan tələbi – Emblemini dəyiş

"Mançester Siti" Çilinin üçüncü divizionunda çıxış edən "Santyaqo Siti"dən klubun embleminin dəyişdirilməsini tələb edir.

Sportinfo.az xəbər verir ki, “şəhərlilər” çilililəri insanları çaşdırmaqda ittiham edirlər.

İddia olunur ki, “Santyaqo Siti” “Mançester Siti”nin sahiblərinə məxsus olan “City Football Group”un bir hissəsi olması illüziyası yaradır.

İngilislər “Mançester Siti” ticarət nişanı və dizaynından qeyri-qanuni istifadə edildiyini bildiriblər.

Həmçinin “şəhərlilər”in vəkilləri “Santyaqo Siti” adının “Mançester Siti”ni təqlid etmək üçün istifadə edildiyini göstərən press-relizə də diqqət çəkiblər.

Bildirilir ki, “Santyaqo Siti” rəhbərliyi problemi danışıqlar yolu ilə həll etməyi planlaşdırır.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var