Fransadakı erməni təxribatı "Qarabağ"ı hərəkətə gətirdi

18 Fevral 2022 13:40 Problem 1 529
Fransadakı erməni təxribatı "Qarabağ"ı hərəkətə gətirdi

"Qarabağ" Fransada "Marsel"ə qarşı keçirdikləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunundakı erməni təxribatı ilə bağlı UEFA-ya müraciət edib.

Sportinfo.az xəbər verir ki, bu barədə "report"a Ağdam klubunun Mətbuat Xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.

Klub rəsmisi tribunadakı təxribat xarakterli bannerin qısa müddətdə stüardların müdaxiləsindən sonra yığışdırıldığını bildirib:

"Tribunada Ermənistan bayraqları da var idi. Onlar çirkin əməllərindən geri qalmırlar. Biz bununla bağlı əvvəlcədən "Marsel"ə və Avropa futbol qurumuna məlumat vermişdik.

Stüardların müdaxiləsindən sonra bayraqlar da götürüldü. Matçdan sonra UEFA nümayəndəsinə və yerli kluba şifahi şəkildə etirazımızı bildirdik. Yazılı şikayətimizi isə yaxın günlərdə edəcəyik".

Qarşılaşma rəqibin 3:1 hesablı qələbəsi ilə bitib. Komandalar arasındakı cavab matçı fevralın 24-də Bakıda olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var