Bu, "Qəbələ"yə heç yaraşmadı... VİDEO+FOTOFAKT

16 Fevral 2022 23:40 Problem 3 597
Bu, "Qəbələ"yə heç yaraşmadı... VİDEO+FOTOFAKT

Dünən Birinci Divizionda mövsümün ikinci yarısına start verildi.

"Qəbələ-2" doğma meydanda çempionluğa iddialı "Kəpəz"i qəbul etdi.

Bu tura kimi məğlubiyyət yaşamayan qonaqlar ilk dəfə Qəbələdə 2-0 hesablı məğlubiyyətlə üzülməli oldu.

Matçda diqqət çəkən başqa məqam görüşün keçirildiyi Qəbələ şəhər stadionun ehtiyat meydançasının durumu oldu. Belə ki, ot örtüyü saralmış, baxımsız təsiri bağışladı.

Hətta qarlı-boranlı havada belə Qəbələdəki meydançaların ot örtüyünün ideal vəziyyətdə saxlandığına şahidlik etmişik.

Amma indi belə mənzərəni görmək çox ağırdı. Görünür, ya işçi sayı azdır, ya da klub rəsmiləri ehtiyat meydançaya görə əlavə xərcə düşmək istəmir.

Ağıla başqa fikir də gəlmir. Çünki cəmi 2 gün əvvəl "Qəbələ" - "Sumqayıt" görüşünün keçirildiyi əsas meydançanın örtüyü həmişəki kimi yenə ideal vəziyyətdə idi.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var