Azərbaycanlı futbolçu yeni getdiyi ölkədə PROBLEMLƏ ÜZLƏŞDİ

16 Fevral 2022 17:40 Problem 3 173
Azərbaycanlı futbolçu yeni getdiyi ölkədə PROBLEMLƏ ÜZLƏŞDİ

“Olimpiakos Volos” bu gün Yunanıstanın ikinci Super Liqasında növbəti oyununu keçirəcək.

Volos şəhərinin eyniadlı komandası səfərdə “İraklis 1908”in qonağı olacaq.

Azərbaycanlı futbolçu Turan Manafov bu görüşdə iştirak etməyəcək. Səbəb solaxay müdafiəçinin belindən aldığı zədədir.

Həmyerlimiz kürəyində ağrılar hiss etdiyindən, komandanın son iki gündəki məşqlərində tər tökməyib.

Həkimlər ona bir qədər gözləməyi məsləhət görüb. Odur ki, baş məşqçi Vasilis Vuzasın ona şans verəcəyi inandırıcı görünmür.

Yanvarda “Səbail”in “Olimpiakos Volos”a icarəyə verdiyi 23 yaşlı müdafiəçi Yunanıstanda olduğu müddətdə 4 çempionat matçında şans qazanıb.

Bunlardan 3-də əvəzlənmədən oynayıb, sonuncu qarşılaşmada isə meydanı 67-ci dəqiqədə tərk edib.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var