"İndi hiss edirəm ki, ürəyim düzgün işləmir”

16 Fevral 2022 10:20 Problem 704
"İndi hiss edirəm ki, ürəyim düzgün işləmir”

"Mançester Siti", "Barselona", "Atletiko" və Argentina millisinin sabiq hücumçusu Serxio Aquero ürəyində yaranan problemdən danışıb.

Sportinfo.az xəbər verir ki, Aquero hələ də ürəyində müəyyən problemin olduğunu bildirib.

O, tam sağalıb-sağalmayacağını da dəqiq bilmir:

“Futbol oynamaq istəyəndə, məndə təngnəfəslik yaranır. Bəzən özümə sual verirəm ki, nəvaxtsa tam gücümlə qaça biləcəəm? Amma indi hiss edirəm ki, ürəyim düzgün işləmir”.

Hücumçu İspaniya çempionatının 12-ci turunda “Alaves”lə oyunda (1:1) taxikardiya səbəbindən ilk hissədə əvəzlənmişdi.

Matçdan sonra Aqueronun özünü yaxşı hiss etdiyi bildirildi. Amma sonradan məlum oldu ki, ürəyində problem yarandığı üçün azı 3 ay yaşıl meydanlardan kənarda qalacaq.

Ötən ilin dekabrın 15-də argentinalı karyerasını başa vurduğunu elan etdi.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var