Pepe direktoru döyüb - İki aydan iki ilə qədər diskvalifikasiya

15 Fevral 2022 22:00 Problem 1 079
Pepe direktoru döyüb - İki aydan iki ilə qədər diskvalifikasiya

"Portu"nun müdafiəçisi Pepe uzun müddət diskvalifikasiya oluna bilər.

Sportinfo.az xəbər verir ki, o, Portuqaliya çempionatının 22-ci turunda “Sportinq”lə keçirilən qarşılaşmada baş verən insidentin əsas səbəbkarıdır.

Pepenin "Sportinq"in direktorunu döydüyü iddia edilir.

Hakim rəyində deyilir ki, Pepe “Sportinq”in direktorunu təpikləyib. Liqanın qaydalarına əsasən, Pepe iki aydan iki ilə qədər diskvalifikasiya oluna bilər.

“Portu” – “Sportinq” matçında futbolçular arasında kütləvi dava baş vermişdi. Davada, demək olar ki, bütün futbolçular iştirak ediblər.

Nəticədə görüşün baş hakimi 4 qırmızı vərəqə göstərib. “Portu”da Aqustin Markes və Pepe, “Sportinq”dən isə Joao Palinya və Bruno Tabata meydandan qovulublar.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var