"Heç kimi öldürmədi, səhv etdi və bunun əvəzini ödədi"

15 Fevral 2022 15:20 Problem 765
"Heç kimi öldürmədi, səhv etdi və bunun əvəzini ödədi"

Fransa yığmasının sabiq yarımmüdafiəçisi Olive Dakur “Vest Hem”in müdafiəçisi Kur Zuma haqqında danışıb.

Zuma pişiyə şiddət göstərdiyi üçün tənqid olunur.

Sportinfo.az xəbər verir ki, Dakur Zumanı müdafiə etmədiyini, amma ona bu qədər ittiham irəli sürülməsinin də yanlış olduğunu bildirib:

“Mən onu müdafiə etmək fikrində deyiləm, bunun üçün heç bir bəhanə ola bilməz. Ancaq eyni zamanda, bu bir pişikdir. Zuma mühakimə olundu, cərimə ödədi, sponsorunu itirdi.

Amma heç kimi öldürmədi. Səhv etdi və bunun əvəzini ödədi. Və o, futbol oynamağa davam etməlidir.

Sosial şəbəkələrdə qadın və uşaqların döyülməsinə, irqçiliyə etiraz edən bu qədər insan görməmişəm.

Media tərəfindən çox böyük təzyiqlər var. Kur büdrədi, səhvin əvəzini ödəyir. Amma onu rahat buraxmaq lazımdır, o, futbolçudur”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var