İlyarımdır klub tapmayan 5 qat Azərbaycan çempionu futbolu atıb?

14 Fevral 2022 19:00 Problem 3 457
İlyarımdır klub tapmayan 5 qat Azərbaycan çempionu futbolu atıb?

Azərbaycan millisi, “Qarabağ” və “Neftçi” kimi komandaların sabiq müdafiəçisi Elvin Yunuszadədən səs-soraq yoxdur.

Birvaxtlar ölkənin ən istedadlı mərkəz müdafiəçilərindən hesab olunan 29 yaşlı futbolçu sonuncu dəfə meydana 2020-ci ilin sentyabrında çıxıb.

Həmin vaxt Makedoniyada “Şkupi”nin şərəfini qoruyan Yunuszadənin Avropa karyerası qısa müddəti əhatə etmişdi. Yenidən vətənə qayıdıb “Keşlə” ilə müqavilə bağlasa da, bu komandada debüt etmək nəsib olmamışdı.

Düz ilyarımdır Elvin böyük futbola həsrət qalıb. Xidmətində ehityac duyan klubun olmaması səbəbkarı gözləmə mövqeyi tutmağa vadar edir.

5 dəfə Azərbaycan çempionu adını qazanıb, 5 dəfə ölkə kubokuna sahib olan futbolçunun sevib-seçdiyi sənətdən üz döndərdiyini, karyerasını vaxtından əvvəl başa vurduğunu deyənlər var.

Söylənilənlərin həqiqət olub-olmadığını öyrənmək üçün Elvinlə əlaqə saxladıq. O, Sportinfo.az-a açıqlamasında bu günü və sabahı ilə bağlı bunları söylədi:

“Xeyr, karyeramı bitirməmişəm. Bundan sonra daha bir neçə il oynamaq istəyirəm.

İndi niyə oynamıram? Çünki real təklif yoxdur. Bir-iki yerdən təklif gözləyirəm. Alınsa, inşallah, karyeramı davam etdirəcəyəm”.

Elvin Yunuszadə karyerası ərzində “Simurq”, “Neftçi”, “Qarabağ”, “Sabah”, “Səbail” və “Şkupi”nin şərəfini qoruyub. 3 oyunda Azərbaycan millisinin formasını geyinməyə imkan tapıb, avrokuboklarda 29 matçın iştirakçısı olub.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var