Tanınmış klub sahibi ölkədən qaçdı

14 Fevral 2022 15:40 Problem 1 242
Tanınmış klub sahibi ölkədən qaçdı

Rusiya - Ukrayna gərginliyi futbol təsərrüfatına da sirayət edib.

Sportinfo.az xəbər verir ki, xeyli biznesmen Ukraynanı tərk edib.

Ukrayna mətbuatının iddiasına görə, “Şaxtyor”un sahibi Renat Axmetov da ölkədən gedib.

Bildirilir ki, Axmetovun təyyarələrindən biri Ukraynanı bazar günü tərk edib. Oliqarxın özü isə yanvarın 30-da Sürixə uçub.

Qeyd olunur ki, ukraynalı oliqarxlar və iş adamları ölkəni çarter reysləri ilə tərk edirlər. Son 6 ildə bu qədər çarter reysi müşahidə olunmayıb.

Bir sıra ölkələr öz vətəndaşlarına təhlükəsizlik vəziyyəti ilə əlaqədar Ukraynanı təcili tərk etməyi tövsiyə edir.

"Şaxtyor" 47 xal toplayaraq qış fasiləsinə turnir cədvəlinin lideri kimi yollanıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var