Pişiyi döydü, təzyiqi gördü, oyuna çıxmaqdan imtina etdi

14 Fevral 2022 12:20 Problem 1 042
Pişiyi döydü, təzyiqi gördü, oyuna çıxmaqdan imtina etdi

"Vest Hem”in pişiyinə şiddət tətbiq edən və bunu sosial şəbəkə hesabında paylaşan müdafiəçisi Kurt Zumanın bu hərəkətinə etirazlar bitmək bilmir.

Sportinfo.az xəbər verir ki, fransalı futbolçu komandasının Premyer Liqanın 25-ci turu çərçivəsində “Lester” ilə səfər oyununda da etirazlarla üzləşib.

Belə ki, start heyətdə yer alan və matçdan öncə isinmək üçün meydana çıxan müdafiəçi azarkeşlər tərəfindən fitə basılıb, ona qarşı müxtəlif şüarlar səsləndirilib.

Nəticədə, 27 yaşlı futbolçu özünü yaxşı hiss etmədiyini bildirib və oyuna çıxmaqdan imtina edib.

Bu üzdən, məşqçilər korpusu onun adını nəinki start heyətdən, matçın iştirak ərizəsindən çıxarmalı olub.

“Lester” – “Vest Hem” matçı isə 2:2 hesabıyla başa çatıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var