Qurbanov qorxdu və geri addım atmağa MƏCBUR QALDI

13 Fevral 2022 23:00 Problem 1 189
Qurbanov qorxdu və geri addım atmağa MƏCBUR QALDI

"Keşlə" ölkə kubokunun 1/4 final mərhələsində "Qarabağ"a hər iki oyunda da məğlub olaraq (1-0, 6-0) mübarizəni dayandırdı.

Xüsusilə cavab görüşündəki darmadağın paytaxt klubunun baş məşqçisi Sənan Qurbanovu özündən çıxarmışdı.

Paltardəyişmə otağında əsəblərinə hakim ola bilməyən gənc məşqçi futbolçuları pul cəzası ilə hədələmişdi.

Bu isə keçən il qazanılan ölkə kubokuna görə almalı olduğu mükafatı hələ də almayan futbolçularda haqqlı narazılıq yaratmışdı. Onlar düşünür ki, mükafatı tələb edə bilməyən məşqçinin cərimə etmək haqqı da yoxdur.

Görünür, ağır məğlubiyyətdən sonrakı iki gündə Qurbanov da bunun fərqinə varıb. Ya da futbolçuların narazılığını kim(lər)sə ona çatdırıb.

Belə olmasaydı, o, bu gün keçirdiyi iclasda komandanı cəzalandırdığını açıqlayardı. Amma çalışdırıcı iclas boyu futbolçulardan olanları unutmağı və bütün fikirlərini qarşıdakı görüşlərə cəmləməyi dəfələrcə xahiş edib.

Futbolçuların onun sözünə nə qədər əhəmiyyət verib-vermədiyini isə növbəti matçlardakı nəticələrdən görə biləcəyik.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var