Mahirlə bağlı XOŞAGƏLMƏZ XƏBƏR, “Dinamo”dan növbəti qələbə

13 Fevral 2022 20:40 Problem 2 547
Mahirlə bağlı XOŞAGƏLMƏZ XƏBƏR, “Dinamo”dan növbəti qələbə

Mahir Emrelinin “Dinamo”dakı debütü yubanır.

Zaqreb təmsilçisi fevralın 12-də “Maksimir”də doğma azarkeşləri önündə “HNK Qoritsa”nı qəbul edib.

Kifayət qədər gərgin keçən oyunda meydan sahibləri 2:1 hesablı qələbəyə sevinib. “Dinamo”nun heyətində 55-ci dəqiqədə Ademi fərqlənib.

Bundan 10 dəqiqə sonra qonaqlar Kaliklə hesaba tarazlıq gətirib. Oyunun bu hesabla başa çatacağı gözlənilsə də, 89-cu dəqiqədə səhnəyə yenə Orşiç çıxıb. Paytaxt təmsilçisinin “vuran ayağı” qələbə topunun müəllifi olub.

23 turdan sonra xalların sayını 49-a çatdıran zaqreblilər turnir cədvəlində əsas izləyiciləri “Osiyek”lə “Riyeka”nı 6 xal qabaqlayır.

Azərbaycanlı futbolsevərlər Mahirə görə bu oyunu səbirsizliklə gözləyirdi. Komandaya 10 gündür qoşulan və fiziki durumunda problem olmayan “11 nömrə”nin bir neçə dəqiqəlik də olsa, meydanda top dalınca qaçacağını təxmin edirdik.

Lakin baş məşqçi Jelko Kopiç 20 nəfərdən ibarət iştirak ərizəsində Mahirin adına yer verməyib.

Problemin nədən ibarət olduğunu müəyyən etməkdə çətinlik çəksək də, Emrelinin fevralın 18-də Avropa Liqasında “Sevilya” ilə səfər oyununda şans qazanacağı inandırıcı görünmür.

Çox güman, 24 yaşlı futbolçunun problemi qış toplanışında iştirak etməməsi və fiziki baxımdan müəyyən əskikliklərinin olmasıdır.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var