"Bursaspor"un futbolçusu Namiq Ələskərov səfərdə "Samsunspor"la 1:1 heç-heçə etdikləri 1-ci liqanın XXIII tur oyununa xəstə halda çıxıb.
Sportinfo.az xəbər verir ki, bu barədə türkiyəli jurnalist Serkan Yetişmişoğlu öz məqaləsində yazıb.
O bildirib ki, 27 yaşlı yarımmüdafiəçi qripə yoluxsa da, meydana start heyətində daxil olub. Yetişmişoğlu təcrübəli oyunçunun kiçik qızının da xəstələndiyini vurğulayıb:
"Buna görə Ələskərovun əhvalı pis olsa da, meydana çıxıb komandası üçün tər tökdü".
Namiq Ələskərov qarşılaşmanın 82-ci dəqiqəsində Tugbey Akgünlə əvəzlənib.

