“Xəzər Lənkəran”ın prezidenti Mübariz Mənsimovun dediyini etmədi

13 Fevral 2022 09:40 Problem 5 190
“Xəzər Lənkəran”ın prezidenti Mübariz Mənsimovun dediyini etmədi

“Xəzər Lənkəran”ın prezidenti Mais Mənsimov qardaşının fikrinəı qarşı çıxıb.

Hazırda Azərbaycanda olan iş adamı onun adında olan klubun möhür və ştampını “Xan Lənkəran”a verməkdən imtina edib.

Ümumiyyətlə, o, iki klubun burləşməsi yönündə aparılan danışıqları dəstəkləməyib.

"Xan Lənkəran"ın prezidenti Pərviz Hüseynovla Türkiyədə "Palmali" Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimovla görüşüb.

Burada "Xəzər Lənkəran Mərkəzi Stadionu" və stadionun bazası haqqında razılıq əldə edilib. Anlaşmaya əsasən, "Xan Lənkəran" öz ev oyunlarını "Xəzər Lənkəran"a məxsus stadionda keçirəcək.

Verilən rəsmi informasiyada həmçinin Mübariz Mənsimovun "Xəzər Lənkəran" adını "Xan Lənkəran"ın prezidentinin ixtiyarına verməsi də qeyd olunub.

Fəqət, Mais Mənsimov "Xan Lənkəran" rəsmiləri ilə görüşdən imtina edib. O, uzun illər rəhbəri olduğu klubun sənədlərini özündə saxlayacağını bildirib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var