"Möcüzə idi! 5 dəqiqə bu dünyada olmadım" - Ölümdən dönən məşhur

11 Fevral 2022 18:40 Problem 955
"Möcüzə idi! 5 dəqiqə bu dünyada olmadım" - Ölümdən dönən məşhur

“Brentford"la müqavilə bağlayan Kristian Eriksen Avropa çempionatında ürəyində yaranan problemlə bağlı danışıb.

Sportinfo.az xəbər verir ki, o, yalnız 5 dəqiqə huşsuz vəziyyətdə olduğu müddətdən savayı, qalan hər şeyi xatırladığını bildirib:

“Mən bu dünyadan beş dəqiqəliyinə ayrıldım, sonra ürəyim yenidən döyünməyə başladı. O beş dəqiqədən başqa hər şeyi xatırlayıram - top dizimə dəydi... Sonra nə baş verdiyini xatırlamıram.

Ayılanda ətrafımda insanlar dayanmışdı, sinəmdə təzyiq hiss etdim. Nəfəs almağa çalışdım. Gözümü açanda nə baş verdiyini heç anlamadım.

O an başıma gələnlərdən xəbərim yox idi. İlk keçici düşüncələr bunlar idi: “Ayağıma nəsə olub? Belimi sındırmışam? Ayağımı qaldıra bilərəmmi?”

Tam olaraq nə baş verdiyini anlamaq üçün kiçik hərəkətlər etməyə çalışdım.

Təcili yardım maşınında kiminsə “bizdən çox ayrı qaldı” sualına “beş dəqiqə” cavabını eşitdim.

İlk dəfə idi ki, bu dünyada olmadığımı eşidirdim. Bu, möcüzə idi? Əlbəttə!".

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var