“Bu, şokedici davranışdır! Həm axmaq, həm qəddarlıqdır”

10 Fevral 2022 15:20 Problem 687
“Bu, şokedici davranışdır! Həm axmaq, həm qəddarlıqdır”

Fransa Futbol Federasiyasının prezidenti Noel Le Qre “Vest Hem”in fransız müdafiəçisi Zumanın hərəkətinə münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan videoda Zumanın öz pişiyini təpikləməsi ictimai qınağa səbəb olub.

Federasiya prezidenti futbolçunun davranışını kəskin tənqid edib:

“Bu, təbii ki, şokedici davranışdır. Həm axmaq, həm də qəddar olan zorakılıq aktıdır.

Kurt Zumanın haqqında heç vaxt pis bir şey eşitmədiyimi nəzərə alsaq, onun belə davranışı təəccüblü görünür. O, indiyə qədər müsbət davranışı ilə fərqlənib.

Onu da qeyd edim ki, Zuma artıq üzr istəyib. Ümid edirəm ki, bu hadisədən dərs aldı”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var