“İrəvan Bakı ilə həm avtomobil, həm də dəmir yolu əlaqəsi açmağa hazırdır”

10 Fevral 2022 02:10 Problem 775
“İrəvan Bakı ilə həm avtomobil, həm də dəmir yolu əlaqəsi açmağa hazırdır”

“Ermənistan Azərbaycanla təkcə dəmir yolu deyil, həm də avtomobil əlaqəsi açmağa hazırdır".

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə hökumət saatı zamanı deyib.

“Biz təkcə dəmir yolu deyil, həm də avtomobil kommunikasiyalarının açılması ilə bağlı təkliflər hazırlayıb Azərbaycan tərəfinə təqdim etmişik. Onlar Rusiya və beynəlxalq tərəfdaşlara da təqdim olunub”, - deyə Paşinyan qeyd edib.

Dəmir yolu ilə bağlı danışarkən o xatırladıb ki, Ermənistan və Azərbaycan liderlərinin Brüsseldə əldə etdiyi razılaşmalar əsasında Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun bərpasına hazırlıq üzrə işçi qrupu yaradılıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var