Tanınmış futbolçu baş məşqçi ilə problem yaşadı, millidən getdi

9 Fevral 2022 10:00 Problem 827
Tanınmış futbolçu baş məşqçi ilə problem yaşadı, millidən getdi

"Çelsi"nin futbolçusu Hakim Ziyeş Mərakeş millisindəki karyerasını başa vurub.

Sportinfo.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi bu barədə "Sky Sports" nəşrinə açıqlama verib.

O, qərarında qəti olduğunu söyləyib: "Əlbəttə, mənim üçün bunu etmək kədərlidir. Amma artıq "Çelsi"nin oyunlarına köklənəcəyəm. Azarkeşlərin reaksiyalarını başa düşür, buna görə onlardan üzr istəyirəm".

Təcrübəli oyunçu deyib ki, milli komanda dünya çempionatına vəsiqə qazansa belə, oraya qayıtmayacaq.

Hakim Ziyeş baş məşqçi Vahid Halilhociçlə konfliktə görə Afrika Millətlər Kubokunun oyunlarına dəvət almayıb.

O, sonuncu dəfə ötən ilin sentyabrında yığmanın formasını geyinib. İndiyədək milli komandada 40 oyun keçirmiş Ziyeşin aktivində 17 qol var.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var