Azərbaycanda qapanma? – “Bundan sonra yeni ştamlar yarana bilər”

8 Fevral 2022 02:20 Problem 793
Azərbaycanda qapanma? – “Bundan sonra yeni ştamlar yarana bilər”

“Dünyanın başqa ölkələrində olduğu kimi Azərbaycanda da koronavirusun “Omicron” ştamına yoluxma sayında yüksək artım müşahidə edilir”.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, “Omicron”a qarşı görüləcək tədbirlər də digər ştamlardakı ilə eynidir: “Peyvənd olunmayanları vaksinasiyaya dəvət edirəm.

Yoluxma sayları çox yüksəkdir, amma bu xəstəlik əsasən yüngül keçir. Ölüm saylarında artım yoxdur. Bundan sonra da yeni ştamlar yarana bilər. Qapanmalarla bağlı hökumət qərar verə bilər”.

H.Harmancı qeyd edib ki, ÜST və UNİCEF məktəblərin açıq qalmasının tərəfdarıdır: “Qapanmaların lokal olaraq həyata keçirilməsini tövsiyə edirik”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var