Mahir “Dinamo” azarkeşləri ilə problemi yaşamaması üçün…

6 Fevral 2022 17:00 Problem 1 300
Mahir “Dinamo” azarkeşləri ilə problemi yaşamaması üçün…

“Dinamo” azarkeşləri tələbkardır. Futbolçulardan hər zaman daha artığını gözləyirlər“.

Millimizin sabiq baş məşqçisi Robert Prosineçki Sportinfo.az-a açıqlamasında Mahir Emreliyə xəbərdarlıq edib.

Azərbaycanlı hücumçunun “Legiya“da yerli fanatlarla yaşadığı problemdən xəbər tutan xorvatiyalı mütəxəssis ona Zaqrebdə diqqətli olmağı tapşırıb.

Balkanlı çalışdırıcı 25 yaşlı forvarda uğur arzulamaqla yanaşı, təcrübəli mütəxəssis kimi məsləhət də verib:

”Mahir durmadan çalışmalı, meydanda bacardığının ən yaxşısını etməlidir. Əsas odur ki, yaxşı komandaya gəlib”.

Robert Prosineçki 2014-2017-ci illər aralığında Azərbaycan millisinin çalışdırıb. Mahir Emreli əsas millidə məhz onun dönəmində - 2017-ci ilin martında, Qətərlə yoldaşlıq görüşündə debüt edib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var