“Ümidimiz Allaha qalıb, bəlkə möcüzə oldu” - Qəhrəman Əliyevin qardaşı

5 Fevral 2022 17:00 Problem 1 624
“Ümidimiz Allaha qalıb, bəlkə möcüzə oldu” - Qəhrəman Əliyevin qardaşı

“Qardaşımın vəziyyəti əvvəl olduğu kimidir”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında Qəhrəman Əliyevin qardaşı Seyran Əliyev deyib. 2020-ci ilin noyabrında koronavirusa yoluxan və

nəticədə beyin insultu keçirən məşqçi bugünlərdə növbəti dəfə müayinə olunub. Nəticələr tanınmış məşqçinin sağlıq durumunun irəliyə doğru dəyişmədiyini göstərib:

“Ümidimiz Allaha qalıb. Bəlkə möcüzə oldu. Qəhrəmanın üstünə saysız-hesabsız həkim gəlib.

Onlar da deyir ki, biz nə mümkündürsə, etmişik, hər şey Allahın əlindədir. Hər gün qardaşımın evinə gedirəm, saatlarla yanında əyləşirəm.

Hərdən gözünü açıq, qeyri-məchul bir nöqtəyə baxır. Reaksiyası çox zəifdir.

Hərdən ağrıları güc gələndə, hiss edisən ki, inildəyir. 15 aydır bizim nə çəkdiyimizi bir Allah bilir! Həqiqətən çətindir".

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var