"Bunun kiməsə aidiyyatı yoxdur" - Baş məşqçi sevgilisini döyən futbolçudan danışdı

5 Fevral 2022 01:40 Problem 828
"Bunun kiməsə aidiyyatı yoxdur" - Baş məşqçi sevgilisini döyən futbolçudan danışdı

“Mançester Yunayted”in baş məşqçisi Ralf Ranqnik zorakılıqda ittiham olunan yarımmüdafiəçi Meyson Qrinvudla bağlı açıqlama verib.

Sportinfo.az xəbər verir ki, alman mütəxəssis futbolçuların da insan olduğunu söyləyib:

“Yaxşı və qaydasında bir məşq həftəsi keçirdik. Əlbəttə, Qrinvudun etdikləri komanda daxilində müzakirə olundu. Amma bunun kiməsə aidiyyatı yoxdur. Futbolçular da insandır”.

Model Qarriet Robson sevgilisi, futbolçu Meyson Qrinvudu zorakılıqda ittiham edib. Robson bununla bağlı “instaqram” hesabında məlumat yayıb.

Model fotolarını paylaşaraq, Qrinvudun ona fiziki zorakılıq etdiyini bildirib. Bundan sonra polis 21 yaşlı oyunçunu həbs edib. Qrinvud girov qarşılığında növbəti istintaqa qədər sərbəst buraxılıb.

Qrinvud “Mançester Yunayted”də əsas komandadan kənarlaşdırılıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var