"Bir ay ərzində Azərbaycanda yoluxma sayı pik həddə çatacaq, sonra kəskin düşəcək"

4 Fevral 2022 17:30 Problem 1 178
"Bir ay ərzində Azərbaycanda yoluxma sayı pik həddə çatacaq, sonra kəskin düşəcək"

"İnsanlarda müəyyən qədər arxayınlıq yaranıb. Bu səbəbdən buster doza ilə peyvəndlənənlərin sayında azalma müşahidə edilir".

Sportinfo.az xəbər verir ki, bunu "report"a açıqlamasında infeksionist-hepatoloq Mərdan Əliyev bildirib.

O vurğulayıb ki, son günlər yoluxma sayının kəskin artması buster doza vurdurmağın vacibliyinə diqqət çəkir:

"Bunun üçün də maarifləndirmə işləri aparılmalıdır. Omikrona yoluxma sayında da getdikcə artım çoxalır. İndi hamı xəstədir. Ölkəmizdə olan peyvəndərin hamısı koronavirusun bütün ştamlarına qarşı effektivdir".

Mərdan Əliyev qeyd edib ki, xüsusilə risk qrupuna daxil onların buster doza ilə peyvəndlənməsi olduqca vacibdir:

Mərdan Əliyev

Mərdan Əliyev

"Çünki onlar virusa yoluxsa, xəstəliyi ağır keçirə bilərlər. Həmçinin evdə yaşlı, xroniki xəstə, azyaşlılar olan şəxslər də xüsusilə diqqətli olmalıdır. Ailə üzvlərinin yoluxmasını istəmirlərsə, peyvəndlənməlidirlər. Bilirik ki, vaksin vurdurandan sonra təxminən bir ay ərzində effektivliyini göstərməyə başlayır. Hadisələrin gedişatı göstərir ki, bir ay ərzində Azərbaycanda yoluxma sayı pik həddə çatacaq, sonra da kəskin düşəcək".

"Buster doza vurulmayanda daha əvvəl vurulan iki dozanın effekti azalır. Amma buster doza adından da göründüyü ki, gücləndirici effekt verir. Yəni effektivlik 10 dəfəyə qədər artır və virusa qarşı antitellərdə kəskin artım olur", - həkim deyib.

Qeyd edək ki, bu gün Azərbaycanda koronavirusa sutkalıq yoluxma 7 mini ötüb. 26 nəfər isə vəfat edib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var