Məşhur xorvat Mahirdən “Sportinfo”ya danışdı: “Dinamo” onu transfer edibsə…”

4 Fevral 2022 16:40 Problem 1 415
Məşhur xorvat Mahirdən “Sportinfo”ya danışdı: “Dinamo” onu transfer edibsə…”

“Hazırda Zaqrebdə, ailəmin yanındayam, hələlik dincəlirəm.

Yaxın vaxtlarda yəqin ki, yeni iş yerimlə bağlı xəbər olar”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında millimizin sabiq çalışdırıcısı Robert Prosineçki deyib.

Təcrübəli mütəxəssislə əlaqə saxlamağımızda məqsəd Mahir Emrelinin “Dinamo”ya keçidi ilə bağlı fikirlərini öyrənmək idi.

Yığmamızın hücumçusunu Xorvatiyada nələr gözləyir? “Dinamo”da uğurlu ola bilərmi? Transfer xəbərini eşidəndə reaksiyası necə oldu?

Öz dilindən eşidək: “Yəqin ki, bilirsiz, mən Azərbaycanda işləyəndə Mahir gənc idi. İndiki qədər təcrübə sahibi deyildi.

Amma sonradan “Qarabağ”ın və millinin aparıcı futbolçularından birinə çevrildi. Hətta “Legiya” kimi komandada legioner həyatı yaşadı.

Düzü, indi hansı gücdə olduğunu dəqiq bilmirəm. “Dinamo” onu transfer edibsə, deməli, bildikləri nəsə var. “Dinamo” böyük klubdur, hər zaman diqqət mərkəzindədir. Ümid edirəm ki, Mahir burada uğurlu olmağı bacaracaq”.

Robert Prosineçki 2014-2017-ci illər aralığında Azərbaycan millisinin çalışdırıb.

Mahir Emreli əsas millidə məhz Prosineçkinin dönəmində - 2017-ci ilin martında, Qətərlə yoldaşlıq görüşündə debüt edib.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var