Bakıdan Ermənistana cavab

2 Fevral 2022 19:30 Problem 642
Bakıdan Ermənistana cavab

“İlk növbədə vurğulamaq istərdik ki, Azərbaycanın beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı və uğurla inkişaf edən münasibətləri mövcuddur.

Ölkəmizin çoxtərəfli platformalarda fəal iştirakı, o cümlədən bir sıra təşkilatlarda uğurlu sədrlik təcrübəsi hər kəsə bəllidir”.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan XİN rəhbərinin “Azərbaycanın beynəlxalq təşkilatların Qarabağda fəaliyyətinə maneə törətməsi” ilə bağlı fikrinə münasibət bildirərkən deyib.

“Beynəlxalq təşkilatların Azərbaycan ərazisində fəaliyyətinə gəldikdə xatırlatmaq istərdik ki, BMT Baş Assambleyasının humanitar yardımın əlaqələndirilməsi ilə bağlı 1991-ci il 19 dekabr tarixli qətnaməsinə uyğun olaraq, bu kimi fəaliyyət qəbul edən dövlətin suverenliyi və ərazi bütövlüyünə hörmət prinsipli əsasında həyata keçirilməlidir. Beynəlxalq təşkilatların Azərbaycan Respublikası ərazisindəki fəaliyyəti də məhz bu prinsipə uyğun həyata keçirilir.

Ermənistan xarici işlər nazirinin diqqətinə çatdırırıq ki, ölkəmizin suveren torpaqlarında hər hansı beynəlxalq təşkilatın fəaliyyəti, Azərbaycan ilə aidiyyəti beynəlxalq təşkilatın ikitərəfli məsələsidir. Üçüncü dövlətin nümayəndəsinin bu xüsusda şərhi yersiz və əsassızdır. Yaxşı olardı ki, Ermənistan xarici işlər naziri bilavasitə ölkəsinin üzərinə götürdüyü öhdəliklərin icrası və bölgədə sülhün quruculuğu ilə bağlı məsələləri şərh etsin”, - deyə XİN rəsmisi qeyd edib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var