Yığmanın baş məşqçisi də koronavirusa yoluxdu

2 Fevral 2022 23:20 Problem 1 279
Yığmanın baş məşqçisi də koronavirusa yoluxdu

18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Belarusun paytaxtı Minskdəki beynəlxalq turnirdə (3-14 fevral) iştirak etməyəcək.

Bu haqda AFFA-nın rəsmi saytı xəbər yayıb.

Bildirilib ki, buna 6 futbolçu, məşqçi və inzibatçının koronavirusa yoluxması səbəb olub. Odur ki, yığmanın Bakıdakı toplanışı da ləğv edilib.

Futbolçulardan Adəm Topalov, Həmzəli Mikayılov, Eşqin Əhmədov, Hacıəli Şirəliyev, Murad Məmmədov və Sənan Ağalarovda infeksiya aşkarlanıb.

Məşqçi Aslan Kərimov və inzibatçı Ehtiram Abbasovun da testi pozitiv çıxıb.

Bizdə olan məlumata görə, yoluxma sayı AFFA-nın açıqladığı siyahı ilə məhdudlaşmır. Baş məşqçi Aqil Nəbiyev və daha 3 oyunçu xəstəliyin simptomlarına yoluxub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var